Trampdan müharibə başladacaq açıqlama

Baxış sayı:
4990

Fransa prezidenti Emmanuel Makron ilə keçiriləcək görüşdən əvvəl mətbuata açıqlama verən ABŞ prezidenti Donald Tramp, İranla əlaqədar "Prezident olduğumda İran terrorçu bir ölkə idi və hələ də elədir" şəklində qalmaqal ifadələr işlədib. Tramp İranın nüvə silahına sahib olmasını istəmədiyini vurğulayaraq İranın bir terrorçu ölkə olduğunu deyib və bu mövzuda Fransa ilə eyni fikiri paylaşdıqlarını qeyd edib. İrana tətbiq olunan sanksiyaların bir çox şeyi dəyişdirdiyini ifadə edən Tramp, İranın onunla görüşmək istədiyini və görüşməyə hazır olduğunu söyləyib. Tramp Fransa ilə ABŞ arasında da istisna və fövqəl bir əlaqənin və böyük bir ortaqlığın olduğunu söyləyib. “Brexit”-in necə nəticələnəcəyini maraqla izlədiyini ifadə edən Tramp, İngiltərənin yeni baş nazirinin kim olacağının da əhəmiyyətli olduğunu ifadə edib. Müxalifət.az