Hacıqabulda "KamAZ" yandı
7-06-2019 09:37
Baxış sayı:
4678
Hacıqabulda yük avtomobili yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonunun Rəncbər kəndində “KamAZ” markalı yük avtomobilinin banı və banına yığılan 1 ton ot bağlaması yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.