NİZAMİ RAYONUNDA DAHA BİR YANĞIN: Qaz borusu partlayıb - YENİLƏNİB
4-06-2019 15:20
Baxış sayı:
12220

Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsində 600 m² sahədə quru ot və kol-kos yanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. *** 13:43 Bakının Nizami rayonunda daha bir güclü yanğın hadisəsi qeydə alınıb. Virtualaz.org xəbər verir ki, hadisə Əli Vəliyev və Şərifli küçələrinin kəsişməsində,qaz borusunun partlaması nəticəsində baş verib. Hadisənin yaşayış binasında və ya digər obyektdə baş verdiyi məlum deyil. Əraziyə təcili tibbi yardım çağırılıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov virtualaz.org-a təcili yardım briqadasının göndərilməsi ilə bağlı faktı təsdiqləyib. Hadisə ilə bağlı əlavə məlumat veriləcək.