MHP sədri Bağçalıdan Davutoğluna sətiraltı göndərmə...

Baxış sayı:
10057

MHP sədri Dövlət Bağçalı partiyasının qurucu başçısı Alparslan Türkeşin qəbirini ziyarət edib. Ziyarətdən sonra açıqlama verən Bağçalı, Türkiyənin keçmiş baş naziri Əhməd Davutoğlunun yeni partiya qurma iddialarına münasibət bildirib:
“Türkiyənin yeni bir partiyaya ehtiyacı yoxdur. Siyasi həyat davam etməkdədir, oturuşmuş, qəbul görmüş partiyalar demokratiyanın axan çaylarıdır. Davutoğlu nə edəcək, 103 dənə partiya var. 104-cü olacağam deyirsə, yolu açıq olsun”.
Müxalifət.az