Tunis 4 ildir davam edən fövqəladə vəziyyət rejimini uzatdı
3-06-2019 22:53
Baxış sayı:
8551

Tunisdə 2015-ci ildən davam edən fövqəladə vəziyyət rejimi daha 1 ay uzadılıb. Muxalifet.az xəbər verir ki, Tunis hökumətindən verilən məlumatda Milli Təhlükəsizlik Təşkilatının rəhbəri Baci Qaid Sibsi iclas keçirib. İclasda Sibsi qeyd edib ki, ölkə prezidenti və parlamentin spikeri ilə aparılan müzakirədən sonra fövqəladə vəziyyət rejiminin daha 1 ay artırılması barədə qərar verilib.