Vüsal Novruzovun sürücüsünə 615 min manat "atan" qadına 8 İL HƏBS
3-06-2019 14:11
Baxış sayı:
7885

Bakı Baş Gömrük İdarəsinin keçmiş rəisi, general Vüsal Novruzovun sürücüsünü aldatmaqda təqsirləndirilən Gülarə Əliyevanın məhkəməsi bitib. Muxalifet.az-ın Bakupost.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G. Əliyeva 8 il azadlıqdan məhrum edilib. İttihama görə, G.Əliyeva özünü Nəcəf Nəsirliyə qızıl-zinət əşyalarının biznesi ilə məşğul olan sahibkar kimi təqdim edib. Qadın N.Nəsirlinin ona olan inamından sui-istifadə edərək 615 min dollar dəyərində qızıl-zinət əşyalarını ələ keçirib. Məlumata görə, zərərçəkmiş N.Nəsirli Bakının Gömrük İdarəsinin keçmiş rəhbəri, general Vüsal Novruzovun sürücüsüdür.