ABŞ-Türkiyə arasında S-400-lə bağlı final görüşü bəlli oldu

Baxış sayı:
7768

Amerikalılar bu qədər güzəştsiz hərəkət edərkən, təhdid və şantaj açıqlamaları hər gün havada uçuşarkən, S-400-lə anlaşmanın necə olacağı müəyyən suallar yaradır.
 
Bu mövzuda ABŞ rəhbərliyində müsbət mənada bir tərpəniş olduğunu demək olmaz. Amma ABŞ prezidenti S-400 məsələsinə əngəl olmaq istəyən başda da Pentaqona söz keçirə bilsə, ya da oradan gələn təzyiqlərə qarşı müqavimət göstərə bilsə, Trampın mövqeyi bir çıxış yolu təmin edə bilər.
Ərdoğan ilə Tramp arasında edilən son telefon danışığından sonra bu danışığının məzmununu bilən bir Türkiyə rəsmisindən bu yöndə soruşulub: "Yeni bir vəziyyət varmı? Tramp məsələyə necə baxır?" deyə Türk rəsmisinə sual verilib.
Məsul şəxs "Yeni bir şey yoxdur. Yaponiyada bu məsələ daha detallı müzakirə olunacaq" deyə cavab verib.
Türk səlahiyyətli Yaponiya deyərkən, Osaka şəhərində 28/29 iyunda keçiriləcək olan G-20 zirvəsini nəzərdə tutub.
İfadələrdən də aydın olur ki, ayın sonunda Yaponiyada S-400 mövzusunda detallı, bəlkə də bir final görüşməsi olacaq.
Müxalifət.az