Səudiyyədən “İran” açıqlaması: “Top İranın sahəsindədir”

Baxış sayı:
6742

Səudiyyə Ərəbistanı Xarici İşlərindən məsul Dövlət naziri Adil əl-Cubeyr son həftələrdə getdikcə yüksələn gərginliyi qiymətləndirərək İranla müharibə istəmədiklərini söyləyib.
 
BBC-yə açıqlama verən Cubeyr, İran ilə son həftələrdə getdikcə artan gərginliyi qiymətləndirib.
 
"İran bunu görməlidir"
 
Bölgədəki vəziyyəti olduqca həssas olaraq xarakterizə edən Cubeyr, "Müharibə istəmədiyimizi və nə bahasına olursa olsun müharibəni önləyəcəyimizi söylədik. İranlılar vəziyyətin normal hala gəlməsini istəyirsə, bunu görməlidir" deyib.
İranın bölgədəki ölkələrə müdaxilə etdiyini söyləyən Cubeyr, Tehranın ittihamları rədd etdiyi xatırlatmasından sonra "İranın ittihamları rədd etməsi gülüncdür, çünki bütün işarələr İranlıların ölkələrə silah soxduğunu göstərir. Bunu biz söyləmirik, beynəlxalq araşdırmalar söyləyir" deyə bldirib.
Səudiyyə Ərəbistanının İrana yönəlik bir hücum ehtimalının olması sualına isə Cubeyr, "Bu doğru deyil. Müharibə bölgədəki hər kəsə zərər verəcək. Biz nə bahasına olursa olsun müharibədən qaçınacağımızı çox açıq bir şəkildə ifadə etdik, ancaq top bu anda İranın sahəsindədir" deyə cavab verib.
Müxalifət.az