İrandan Türkiyənin S-400 alışına dair açıqlama

Baxış sayı:
6781

İranın Türkiyədəki səfiri Mohammad Farazmand Türkiyənin Rusiyadan  almağı planlaşdırdığı S-400 havadan müdafiə sistemləri səbəbiylə ABŞ ilə yaşadığı gərginliyə münasibət bildirib.
 
Səfir Farazmand bu sözləri deyib: “ABŞ Türkiyənin S-400 alışını əsla qəbul etməyəcək. Siz bir addım atdığınızda ABŞ tələblərinin sonu olmayacaq. Bunu bilirik. Nüvə dosyesi ilə birlikdə İranın raketdən müdafiə sistemini istədilər. Bunu müzakirəyə açmadıq. Yalnız nüvə ilə bağlı və o da beynəlxalq bir birliklə ola bilər, dedik. 2016-da bu razılaşma imzalandıqdan sonra bəhanələri başladı. İranın raket qabiliyyətlərini müzakirəyə açmaq istədilər. O səbəblə, ABŞ nüvə razılaşmasından çəkildi. ABŞ-ın istəklərinə qarşı dayana bilməyən, geri addım atan ölkələr həmişə çətin vəziyyətdə qalmışlar. Bölgə ölkələri ABŞ tərəfindən alçaq görülməyi, təhqir edilməyi istəmirsə, öz ayaqlarınızın üzərində dayanmaları lazımdır”.
Müxalifət.az