Azərbaycanda bayram namazının vaxtı AÇIQLANDI
30-05-2019 17:11
Baxış sayı:
6961

Azərbaycanda bayram namazının vaxtı açıqlanıb. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, Ramazan ayının başa çatması ilə əlaqədar iyunun 5-i saat 08:00-da "Əjdərbəy" məscidində, saat 09:00-da isə "Təzə Pir" məscidində bayram namazı qılınacaq. Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə bayram namazına qatılacaq. Qazilər Şurasının verdiyi fətvada qeyd olunur ki, Fitr bayramı (Şəvval ayının 1-i) Ayın üfüqi ərazimizdə görünməsinə əsasən iyunun 5-nə təsadüf edəcək. Qeyd edək ki, Azərbaycanda Ramazan ayı mayın 6-da başlayıb. İyunun 5-i və 6-sı Azərbaycanda Ramazan bayramıdır./ona/