Almaniya 10 yaşlı Türkü qəhrəman elan etdi

Baxış sayı:
6754

Mart ayında Almaniyanın Nürnberg şəhərində yanan avtomobildən 2 yaşındakı bacısını qurtaran Kənan Büyükhana (10) Münhendə təşkil edilən mərasimdə Bavariyanın baş naziri Markus Söder tərəfindən medal verilib.
 
Bavariyanın hökumət binasında təşkil edilən mərasimdə Markus Söder kiçik qəhrəman Kənana təriflər yağdıraraq, "Özü kiçikdir, amma etdiyi iş böyükdür" deyərək həm təqdirnamə, həm də Bavariya Hökumətinin Qürur Medalını verib. Kənanı Türkiyənin Münhendəki baş konsulu Mehmet Güney də tək buraxmayıb. Valideynləri Tuğba və Celil Büyükhan da uşaqları ilə qürur duyduqlarını söyləyiblər.
Kənana ilk mükafat 23 aprel mərasimi əsnasında Nürnberg baş konsulu Yavuz Kül tərəfindən verilmişdi. Nürnberg Polisi də Kənanın 10 yaşının tamam olduğu doğum günüdə bir sürpriz edərək ona qəhrəmanlıq sertifikatı verərək patrul avtomobili və gəmi ilə gəzdirmişdi.
 
Hadisə necə olmuşdu?
 
Kənanın anası Tuğba Büyükhan 26 mart səhəri oğlu Kənan və 2 yaşındakı qızı Hiranı yanına alaraq BMW marka avtomobil ilə 6 yaşındakı Azaranı məktəbə aparıb. O sırada ön oturacaqda oturan Kənan avtomobilin alov aldığını görüb. Dərhal arxa kresloda oturan 2 yaşlı bacısı Hiranın təhlükəsizlik kəmərini açaraq onu çölə çıxarıb. Avtomobil tamamilə yanıb.. Anası Tuğba geri döndüyündə uşaqlarının avtomobilin içində olduğunu düşünərək təlaşa düşüb. Amma iki uşağının da çöldə olduğunu fərq edincə, rahatlayıb.

Müxalifət.az