“Nüvə silahı haramdır” – Xamneyi

Baxış sayı:
6046

İranın paytaxtı Tehranda universitet müəllimləri ilə görüşən İran lideri Xamneyi, buradakı çıxışında nüvə araşdırmalarına da münasibət bildirib.
 
Nüvə müqaviləsindəki təəhhüdlərin qismən dayandırılması qərarının doğru olduğunu qeyd edən Xamneyi, belə davam edib:
"İranın nüvə sahəsindəki texnologiyası təsirli bir təzyiq vasitəsidir. Nüvə sahəsində texniki və elmi potensiala sahib olmamıza baxmayaraq qəti olaraq nüvə silahı əldə etmək istəmirik. Çünki dini baxımdan nüvə və kimyəvi kütləvi qırğın silahları haramdır. Sadəcə anbarda saxlamaq məqsədiylə də olsa, kütləvi qırğın silahlarının istehsalını səhv, məntiqsiz və ağılsız hərəkət kimi görürük. Çünki bu vəziyyətdə də ölkə bunun üçün yüksək miqdarda xərc sərf edəcək və büdcə ayıracaq, ancaq bu bundan istifadə edilməyəcək".
Kütləvi qırğın silahlarına qarşı olduqlarına, ancaq zənginləşdirilmiş uranın bu ölkənin gələcəkdəki bir ehtiyacı olduğuna diqqəti çəkən Xamneyi, bu gün üçün söz mövzusu nüvə sahəsində tutumlarını artırmadıqları təqdirdə 10 il sonra sıfırdan başlamaq məcburiyyətində qalacaqlarını söyləyib.
Müxalifət.az