Qalmaqal: HDP-li bələdiyyə Türkcə danışmağı qadağan etdi
30-05-2019 10:07
Baxış sayı:
5611

Türkiyədə 31 mart seçkilərində PKK-nın siyasi qolu olan HDP namizədinin Derik Bələdiyyəsində qalib gəlməsindən sonra Türkcə danışmaq qadağan edilib. “Dövlətin adamısınız” adı altında bütün işçiləri işdən çıxaran HDP-li Mülküyə Əsməz, bələdiyyədə kürd dilində danışılmasını istəyib. Aralarında şəhid yaxınlarının da olduğu işçilər ağır təzyiq altında olduqlarını ifadə edib.
Bələdiyyə sədri Mülküyə Əsməz bələdiyyədəki işçilərə "Nəyə görə burada kürdcə danışılmır, Türkcə danışılır? Türkcə danışmaq bundan sonra qadağandır, kürdcə danışacaqsınız" deyə təzyiq edib. Ayrıca bələdiyyədən çıxarılan işçilərin yerinə PKK-çılar və onların yaxın qohumlarının götürüldüyü bildirilib.
Müxalifət.az