ABŞ-dan yeni S-400 təhdidi

Baxış sayı:
5650

ABŞ Türkiyəyə yönəlik təzyiq xarakterli davranışını davam etdirir. ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Morgan Ortagusa Türkiyənin Rusiyadan S-400 havadan müdafiə sistemləri alması mövzusunda qərarlı göründüyü və ABŞ-ın bu vəziyyətdə nə edəcəyi soruşulub.
Türkiyənin köhnə bir NATO müttəfiqi olduğunu və İŞİD-ın məğlub edilməsində kritik bir rol boynuna götürdüklərinin vurğulayan Morgan Ortagus, "Buna baxmayaraq S-400 mövzusunda mövqemizdə bir dəyişiklik yoxdur. Türkiyə S-400 alsa, çox gerçək və ciddi nəticələrlə üz-üzə qalacaq" deyə Türkiyəni təhdid edib.
Müxalifət.az