“Pəncə” əməliyyatı ilə təpələrinə mindilər: Terroçular qaçmağa başladı

Baxış sayı:
5935

Türk Silahlı Qüvvələrinin İraqın şimalındakı Hakurk bölgəsindəki PKK terrorçularına yönəlik başlatdığı “Pəncə” Hərəkatından sonra PKK-lı terrorçular qruplar halında qaçmağa başlayıb. TSQ-nın əməliyyatlarında məhv edilən terrorçu sayı 15-ə çatarkən, qaçan terrorçular da Kandilin cənubuna doğru çəkilməyə başlayıb.
 
Bölgədəki qaynaqlara görə, ABŞ-İran gərginliyindən sonra Gare və Kanireş bölgəsində yer alan terrorçular kiçik qruplar halında İran-İraq sərhəd xəttindəki Mavet bölgəsinə doğru qaçmağa başladığı bildirilir. Təşkilatın lider heyətində yer alan şəxslərin də bu bölgəyə qaçdığı deyilir.
 
İran sərhədində yerləşməyə başladılar
 
Terror təşkilatı PKK ilə İran qolu olan PJAK-ın Mavet Mahalının Asos Dağı sərhədində xalqdan zorla pul və vergi topladığı, ev və bağçalarına əl qoyduğu ifadə edilir. Ayrıca vətəndaşların ev və mülklərinə girməyə çalışdıqlarını, məskunlaşma yerlərinə bazalarını qurduqlarını, bu vəziyyətin də vətəndaşların həyatlarına təhlükə yaratdığı bildirilir.
Müxalifət.az