General Elçin Quliyev hər bir britaniyalı qadına qızılgül hədiyyə etdi - FOTO

Baxış sayı:
6232

Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək futbol üzrə Avropa Liqasının final oyunu ilə bağlı əcnəbi qonaqlar şəhərimizə gəlməkdə davam edirlər. Dövlət Sərhəd Xidmətinin əməkdaşları Azərbaycana gələn turistləri xüsusi hədiyyələrlə qarşılayırlar. Belə ki, xanım azarkeşlərə gül dəstələri, kişilərə isə üzərində “Tofiq Bəhramov - 1966” sözləri yazılmış brelok hədiyyə olunur. Xatırladaq ki, məhz azərbaycanlı hakimin qərarından sonra 1966-cı ildə İngiltərə milli komandası dünya çempionu adını qazana bilmişdi. Aksiyada məqsəd çoxsaylı turistlərə azərbaycanlıların qonaqpərvərliyini nümayiş etdirmək və Azərbaycan haqqında son günlərdə olar-olmaz bir çox yalan və qorxunc məlumatlarla qarşılaşmış avropalı qonaqların əhval-ruhiyyəsini qaldırmaqdır.