Amerikan düşüncə adamından narahatedici yazı: "ABŞ İrana hücum edəcək"

Baxış sayı:
5566

“İndependent” qəzetində Rus əslli Amerikan vətəndaşı, düşüncə adamı Noam Çomski-nin 'İş işdən keçməmiş İranla müharibəni dayandırmalıyıq' başlıqlı ABŞ-ın ola biləcək İran hücumuna dair bir yazısı dərc olunub.
 
ABŞ-lı düşüncə adamı Noam Çomski qələmə aldığı yazıda, ABŞ-ın İrana hücum edəcəyini söyləyib. Çomski-nin yazısının Türkiyənin sabiq baş naziri Ərbakanın İranla əlaqədar söylədiyi fikirləriylə bənzərlik daşıdığı görülüb.
ABŞ-ın İrana qarşı hücum təşkil edəcəyini ifadə edən Çomski, İrana yönəlik hücumla bağlı bəhanələr və səbəblər uydurulacağını qeyd edib.
Yazısında İrandakı neft və təbii qaz yataqları üçün ABŞ tərəfindən ediləcəyi planlanan hücumun dünyanı təhdid etdiyini deyən Çomski, ABŞ-ın İranın nüvə işlərini bəhanə edərək İrana hücum təşkil edəcəyini bildirib.
ABŞ-ın 1979 inqilabından əvvəl İranın nüvə proqramına dəstək olduğunu söyləyən Çomski, bu gün isə İranı təhdid olaraq gördüyünü ifadə edib.
Yazısında Çomski bu ifadələri işlədib:
"Dick Çeyni, Donald Ramsfeld, Henry Kissincer və digər üst səviyyə səlahiyyətlilərin İranın nüvə proqramlarını asanlaşdırmaq üçün ABŞ universitetlərinə təzyiq etdikləri dövr idi. Şahın rəhbərliyində bu proqramları dəstəklərkən, niyə daha sonra onlara şiddətlə qarşı çıxdığı soruşulduğunda, Kissincer dürüstcə İranın o zamanlar bir müttəfiq olduğunu söylədi. Kifayət qədər bəsit".
 
'İranın meydan oxuması dünya hegemonu ABŞ-ı narahat edir'
 
İranın ABŞ-a qarşı sərgilədiyi duruşun ABŞ-ı narahat etdiyini söyləyən Çomski, İranın ABŞ-a olan rəftarını isə uğurlu meydan oxuma' olaraq qiymətləndirib.
ABŞ-ın İrana yönəlik etmiş olduğu təzyiq və şantajları keçmişdə Kubaya qarşı etdiyini ifadə edən Çomski, mövzuya dair yazısında "İrana yönəlik hücum dünyanın patronuna qarşı göstərdiyi "uğurlu meydan oxumağa" son verməsi üçün ABŞ-ın əzici qüvvəsini sərgilədiyi beynəlxalq proqramın ünsürüdür. ABŞ-ın Kubaya 60 il boyunca işgəncə etməsinin başlıca səbəbi də bu idi" deyə qeyd edib.
ABŞ-ın etdiyi təzyiq və şantajlarla 'Mafiya atası' kimi hərəkət etdiyini ifadə edən Çomski, ABŞ rəhbərliyində Tramp dövründə 'Mafiyavari' davranışlarda artım olduğunu ifadə edib.
ABŞ prezidenti Donald Trampın Amerikadakı xalq dəstəyinin artdığını və ikinci Tramp dövrünün dünya üçün təhlükə ifadə edəcəyini deyən Çomski, "Tramp çox yaxşı gedir. Demokratların “Rusiya istintaqı”na meyllənməsi və Trampın əsas günahlarını, ən əhəmiyyətlisi də ekoloji fəlakətə gedən siyasətinə əhəmiyyət verməməsi onun maraqlarına uyğun gəlir. Ancaq ikinci bir Tramp dövrü sözün tam mənasıyla, insanlıq üçün ölüm zənglərini çala bilər", - deyə qeyd edib.

Müxalifət.az