​"Porşe"də rüşvət qalmaqalı: Ofislərə basqın edildi

Baxış sayı:
5080

Almaniyanın lüks avtomobil istehsalçısı “Porşe”nin adı korrupsiya ittihamında hallanır.
Muxalifet.az xəbər verir ki, bu barədə Ştutqart prokurorluğu məlumat yayıb. Açıqlamada “Porşe”yə aid bəzi ofislərə və maliyyə məsləhətçilərinin evinə “rüşvət və vəzifədən sui-istifadə etmə” ittihamı ilə basqın edildiyi bildirilib.
Şirkətə aid bəzi sənədlərin araşdırılmaq üçün prokurorluğa aparıldığı qeyd edilib.