“İndependent”dən Suriya xəbəri: RUSİYA TEL-RIFATA GERİ QAYITDI

Baxış sayı:
4291

İngiltərənin “İndependent” qəzetinin bölgənin mənbələrindən əldə elədiyi məlumatlara görə, Rusiya 24-25 may tarixlərində Tel-Rıfatda üç hərbi məntəqə quraraq, çox sayda hərbçisini orada yerləşdirib. Suriya ordusuna bağlı qüvvələrin də Rusiya qüvvələri ilə birlikdə Tel-Rıfatdakı hərbi nöqtələrində yerləşdirdiyi öyrənilib. Rusiya ötən il “Zeytun budağı” əməliyyatından sonra Tel-Rıfatı tərk eləmişdi.

“İndependent”ə məlumat verən mənbə Rusiya Silahlı Qüvvələrinə məxsus birliklərin hərbi maşınlarla şəhərdə patrulluq elədiyini bildirib.

Türkiyə Milli Müdafiə Nazirliyinin “Tvitter”dəki açıqlaması da bu sözləri təsdiq edib: “Tel-Rıfat bölgəsində atəşkəsi və sabitliyi təmin eləmək, üzvlərimizə qarşı hücumların qarşısını almaq məqsədilə əldə edilən razılıq çərçivəsində Türkiyə Silahlı Qüvvələri ilə Rusiya Silahlı Qüvvələri ilk müstəqil, koordinasiyalı patrul fəaliyyətlərini icra eləmişdilər”.