Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirildi
28-05-2019 09:45
Baxış sayı:
4036

Türkiyədə FETÖ/PDY ilə bağlı aparılan istintaq çərçivəsində 20-si vəzifədə olmaqla, 27 hərbçi barədə saxlanılma qərarı verilib.
Muxalifet.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, 18 vilayətdə 47 hərbçinin saxlanılması üçün əməliyyat təşkil edilib.
Onların bəzilərinin saxlanıldığı bildirilir.
Bundan başqa, İstanbul Respublika Prokurorluğu FETÖ-nün Türkiyə Silahlı Qüvvələrinin tərkibindəki strukturu ilə bağlı apardığı istintaq çərçivəsində 32-si vəzifədə olmaqla, 74 şübhəlinin saxlanılması barədə qərar çıxarıb.