Pərviz Əhmədova yüksək vəzifə verildi - TƏYİNAT
27-05-2019 18:48
Baxış sayı:
11482

“Azneft” İstehsalat Birliyinin Nəriman Nərimanov adına neft-qaz çıxarma idarəsinə (NQÇİ) yeni rəis təyin edilib.
“Report” bu barədə İstehsalat Birliyinə istinadən xəbər verir.
Bildirilib ki, bu vəzifəyə Birliyin Neftin, qazın hasilatı və nəqli üzrə istehsalat şöbəsinin rəisi Pərviz Əhmədov təyin olunub.
Məlumata görə, P. Əhmədov NQÇİ-nin kollektivinə təqdim olunub.