Trampın dostundan şok açıqlama! 'Travmalı bir uşaqlıq keçirdi, müalicəyə ehtiyacı var'

Məşhur radioçu Howard Stern qatıldığı bir proqramda, ABŞ prezidenti Donald Trampın travmalı bir uşaqlıq keçirdiyini və psixoterapiyaya ehtiyacı olduğunu iddia edib.
Məşhur radioçu Howard Stern Donald Trampın atasıyla əlaqəsi haqda da açıqlama verib.
Tramp prezident olmadan əvvəl ikili arasında uzun sürən bir yoldaşlıq söz mövzusu olub. Verdiyi reportajlarda sıxlıqla Tramp rəhbərliyinin ticari sərmayələrindən bəhs edən Stern, qatıldığı proqramda, Trampın uşaqlığı, prezidentliyi və birlikdə yaşadıqları hər şeyə toxunub.
Stern "Donalddan və onun atasıyla əlaqəsindən bildiyim qədər yaşadıqları psixoloji travmalı olub. Mənə elə gəlir ki, atası çox avtoritar adam idi. Ondan çox şey gözləyirdi. Hərbi təhsili vardı" deyib.
Forest Hillsdə böyüyən Tramp, xüsusi yataqxanası olan hərbi məktəbdə təhsil almışdı.
Sözlərinə davam edən Stern "Travması olduğu mövzusunda sizi əmin edə bilərəm. Donaldın narsisizm səviyyəsi çox yüksəkdir. Empatiya ilə bağlı problemi var, bunu bilirik. Psixoterapiyaya getməsini istəyərdim. Elə etsəydi onunla çox qürur duyardım" deyə əlavə edib.
Müxalifət.az