ABŞ öz helikopterini bombalayıb? - Qəzadan sonra
25-05-2019 23:55
Baxış sayı:
3040

Əfqanıstanın güneyində yerləşən Hilmend bölgəsində ABŞ-ın hərbi helikopteri qəzaya uğrayıb. Muxalifet.az "Mepa Nyus"a istinadən xəbər verir ki, daha öncə helikopterin Taliban tərəfindən vurulduğu bildirilsə də, ABŞ-ın bu ölkədəki hərbi nümayəndəsi David Batler helikopterin sərt eniş zamanı qəzaya uğradığını və Talibanın bunda heç bir rolunun olmadığını bəyan edib. O, yaralanan əsgərlərin xəstəxanaya çatdırıldığını bildirib. Digər məlumata əsasən, qalıqların Talibanın əlinə keçməməsi üçün ABŞ-ın helikopteri havadan bombaladığı iddia edilib. Taliban sözçüsü Zəbibullah Mücahid də məsələ ilə bağlı açıqlamasında "Apaçi" helikopterinin yerə çırpıldığını təsdiq edib.