Rusiya Türkiyənin Suriyada “təhlükəsiz bölgə” təklifinə necə baxır?

Baxış sayı:
3160

Təhlükəsiz bölgə müzakirələrində birinci problem ABŞ və müttəfiqi terrorçu PKK\YPG-dirsə, ikinci təməl problem belə bir bölgənin yaradılmasında ən həlledici aktyor olan Rusiyadır. Rusiyanın əməliyyat dəstəyi olmadan belə bir təhlükəsiz bölgənin həyata keçirilməsi çox çətindir. Rusiya təhlükəsiz bölgə düşüncəsinə yaxşı baxmır və bunu özünün Suriya siyasətinə zidd görür. Bunun yerinə, ABŞ-ın çəkiləcəyi bölgələrin Əsəd rejiminə təhvil verilməsini arzu etməkdədir. PYD/YPG ilə yaxın əlaqələrini davam etdirməkdə və Fəratın şərqindəki prosesə öz mənfəətləri istiqamətində yön vermək istəməkdədir. Rusiya təhlükəsiz bölgəyə isti baxmadığı kimi, bu mövzuda Türkiyənin ABŞ-la bazarlıq etməsindən də məmnun deyil. Rusiyanın Suriyada onu kənarda qoyacaq hər hansı bir prosesəm dəstək verməməsi son dərəcə təbiidir. Bütün bunlarla yanaşı, NATO üzvü olan Türkiyənin ABŞ-la deyil, Rusiyayla birlikdə hərəkət etməsi, Moskvanın qlobal siyasəti baxımından qiymətlidir.
Müxalifət.az