Trampdan ortalığı qarışdıran qalmaqal qərar

Baxış sayı:
2590

ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmrlikləri (BƏƏ) kimi bəzi ölkələrə silah satışlarında Konqresin təsdiqindən yan keçən fövqəladə vəziyyət səlahiyyətini istifadə etməyə qərar verdiyi bildirilib.
 
Konqres qaynaqlarından əks olunan xəbərlərə görə, ABŞ Xarici İşlər naziri Mayk Pompeo Konqresə göndərdiyi məktubda, söz mövzusu səlahiyyət istifadəsi mövzusunda bəyan edib.
Buna görə ABŞ prezidenti Tramp "fövqəladə vəziyyət" səlahiyyətini istifadə edərək son dövrdə edilmiş və çoxu Səudiyyə Ərəbistanı ilə BƏƏ-ni əhatə edən 22 silah satışı üçün Konqres təsdiqini gözləməyəcək.
 
8 MİLYARD DOLLARLIQ SİLAH SATIŞI
 
Trampın Konqresdən yan keçən qərarının dərhal həyata keçiriləcəyi və 8 milyard dollarlıq 22 silah razılaşmasının Konqres yoxlaması olmadan dərhal tamamlanacağı qeyd edilib.
 
"ƏLAQƏDAR QANUNU SUİ-İSTİFADƏ ETMƏK"
 
Demokrat senatorlar və Nümayəndələr Palatasının üzvləri Trampın addımını "əlaqədar qanunu sui-istifadə etmək" şəklində şərh edərkən, bir çox Respublikaçı şəxsin də Yəmən müharibəsində Amerikan silahlarının istifadə edilməsinə qarşı olduğu bilinir.
Senat Xarici Əlaqələr Komitəsinin demokrat üzvü Bob Menendez, mövzuyla əlaqədar yazılı bir açıqlama edərək Tramp rəhbərliyinə təpki göstərib.
Menendez açıqlamasında, "Rəhbərlik növbəti dəfə uzunmüddətli milli mənfəətlərimizi və ya insan haqqlarını öncələmə mövzusunda müvəffəqiyyətsiz oldu. Bunun yerinə Səudiyyə Ərəbistanı kimi avtoritar ölkələrə 'yaxşılıq etməyi seçdi" deyə qeyd edib.
 
"QALMAQAL ADDIM YAXINDAN ARAŞDIRILACAQ"
 
Senat Xarici Əlaqələr Komitəsinin sədri respublikaçı Ceyms Risch də Trampın addımının "qanuniliyinin" mübahisəyə açıq olduğunu və bunu yaxından araşdıracaqlarını açıqlayıb.
Müxalifət.az