Ərdoğan bunu etsə, imicini itirəcək - Rus ekspert1
23-05-2019 21:55
Baxış sayı:
5716

S-400-dən imtina etmək Ərdoğan üçün imicini itirmək deməkdir. Muxalifet.az xəbər verir ki, bu sözləri rusiyalı hərbi-siyasi ekspert İqor Korotçenko deyib. “NATO ölkəsi, üstəlik döyüşkən ölkə Rusiya istehsalı S-400 alır. İkincisi də, ABŞ-ın müdafiə büdcəsi itki ilə üzləşir. Milyardlarla dollar ABŞ istehsalçılarının əlinə keçməyəcək. ABŞ ən çox S-400 məsələsindən narahat idi. Ona görə də təhdidə, şantaja və təzyiqə əl atır. Amma bacarmayacaqlar. Ərdoğan üçün S-400-dən imtina etmək, imicini itirmək anlamına gələr. Bu səbəbdən türk lider buna əsla icazə verməz”, - deyə ekspert bildirib.