Fələstini İsrailə təslim etmək cəhdi

ABŞ-ın Beynəlxalq Müzakirələr üzrə Xüsusi Nümayəndəsi Jason Greenblatt BMT Təhlükəsizlik Şurasında (BMT TŞ) Fələstin probleminin müzakirə olunduğu iclasda çıxış edib.
ABŞ-ın Bahreyn ilə təşkil edəcəyi ortaq iqtisadi konfransla bağlı dəyərləndirmə edən Greenblatt, ''Fələstinlilərin keçirilən konfransa və bizə qatılmaması böyük bir səhv olardı. Qatılsalar heç bir şey itirməyəcəklər, əksinə çox şey qazanacaqlar'' deyə iddia edib.
Gələn ay Bahreyndə keçiriləcək iqtisadi toplantıya münasibət bildirən Beynəlxalq Əlaqələr Mütəxəssisi professor Tayyar Arı "Misir, Sudan və Birləşmiş Ərəb Əmrlikləri ‘Əsrin Müqaviləsi” ilə mühasirəyə alınmış Fələstini İsrailə tamamilə təslim etmək istəyirlər. Belə bir razılaşmanı Fələstinə və İslam dünyasına qəbul etdirmək mümkün deyil" deyib.
Qeyd edək ki, Fələstin rəhbərliyi Bəhreyndə keçiriləcək iqtisadi toplantıda iştirakdan imtina edib. Həmas təşkilatı da bütün ərəb ölkələrinə bu toplantıda iştirak etməmək çağırışı edib.
Müxalifət.az