“Lotu Quli”nin adamına HÖKM OXUNDU
3-04-2019 11:15
Baxış sayı:
7399

Moskvanın Zamoskboretsk rayon məhkəməsi 2 milyon rublu mənimsədiyinə görə saxlanılan "Afo" ləqəbli azərbaycanlı "vor zakon" Fuad Rzayev barəsində hökm oxuyub.
Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Moskva" agentliyinə Rzayevin vəkili Müslim Camalutdinov məlumat verib.
Onun sözlərinə görə, F.Rzayev haqqındakı ittihamları qəbul edib və o, 5 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Fuad Rzayev 14 fevral 2018-ci ildə Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Dolqoprudnıy şəhərində saxlanılıb. İstintaq zamanı onun hazırda Dubayda gizlənən "Lotu Quli"nin emissarı olaraq iş adamlarından hədə-qorxu ilə hər ay ümumilikdə 2 milyon rubl aldığı məlum olub.