Səudiyyə Ərəbistanının vəliəhdinə qarşı sui-qəsd cəhdi
8-03-2019 16:13
Baxış sayı:
4927

Səudiyyə Ərəbistanının vəliəhdi şahzadə Məhəmməd bin-Salmana qarşı sui-qəsd cəhdi olub.
Bu barədə İsrailin “Makorrishon” xəbər saytı məlumat yayıb.
Bildirilir ki, Məhəmməd bin-Salman sui-qəsdin qarşısını son anda ala bilib. Bu cinayəti törətməkdə şübhəli bilinən Bəndər bin-Salman tutulub.
Məlumata görə, Bəndər bin-Salman vəliəhdin qardaşıdır. Bildirilib ki, o, krallığın mühafizə dəstəsi üzvlərindən birinə bu məqsəd üçün 10 milyon rial (2 milyon 666 min 471 dollar) pul təklif edib.(“Report”)