Mətanət Əsədovadan ŞOK ETİRAF: "Videom çıxanda mən bir həftə qardaşımdan qaçıb çöllərdə qaldım" - FOTO

Müğənni Mətanət Əsədova barəsində dolaşan şayiələrin həmkarları tərəfindən süni şəkildə yayıldığını bildirib.
Muxalifet.az milli.az-a istinadən xəbər verir ki, xanım ifaçı adını açıqlamadığı həmin həmkarlarının bunu özləri üçün yaratdıqları saxta profillər vasitəsi ilə etdiklərini iddia edib.
Mətanət "Hər şey daxil"də spirtli içki içdiyi deyilən qalmaqallı videosuna da toxunub:
"Haqqımda başqa-başqa məlumatlar eşidirəm. Ətrafımda dolaşanlar haqqımda çox yalan şeylər danışırlar. İstər ailə qurmağım haqqında, istər süni mayalanma yolu ilə uşaq barəsində danışırlar. Mənim heç bir problemim yoxdur. Sadəcə Allahın əmri, Peyğəmbərin qanunu ilə qayda-qanunla bu həyatı istəyirəm. Çünki mənim həyatda bir qardaşım var. Yadınızdadır, o video məsələsi çıxanda mən çöllərdə bir həftə qardaşımdan gizli qaldım. Çünki hamının qeyrəti də var, namusu da var. Heç kim özünü çöldə qoymayıb. Mən də istəyərəm ki, qayda-qanunla nə olacaqsa olsun. Göyçay balaca rayondur, biraz da söz-baz rayondur. Sosial şəbəkələrdə kim nə yazır umdurmda deyil. Çünki xalqın alqışı ilə mən 30 ilə yaxındır bu sənətdəyəm. Bunu edənlər tamaşaçılar deyil. Bu, müğənnilərdir. Hərəsinin 10-15 profili var".