“ABŞ İranda çevriliş etmək istəyir” - Ruhani
6-03-2019 14:00
Baxış sayı:
29812
ABŞ iqtisadi təzyiq və sanksiyalar vasitəsilə İran İslam Respublikasındakı dini qaydalara əsaslanan idarəetmə sistemini dağıtmağa, hakim rejimi devirməyə çalışır.
Muxalifet.az “Reuters”ə istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani Gilan əyalətində çıxışı zamanı deyib.
“İran Amerika və onun müttəfiqləri ilə iqtisadi və psixoloji müharibə içindədir. Onların məqsədi İrandakı rejimi devirməkdir. Amma biz buna yol verməyəcəyik, çünki xalqımız və rəhbərliyimiz düşmənlərimizə qarşı birlik nümayiş etdirir” , - deyə Ruhani vurğulayıb.