Məşhur qruplaşma başçısının qardaşı saxlanıldı
5-03-2019 20:23
Baxış sayı:
7618

Pakistanda "Ceyş-ə-Məhəmməd” qruplaşmasının başçısının qardaşı Abdulla Rauf saxlanılıb.
Muxalifet.az azərtac-a istinadən xəbər verir ki, Abdulla Rauf və qruplaşmanın liderlərindən biri Xamada Azxar da daxil olmaqla, bu ölkədə fəaliyyət göstərən terror təşkilatlarının 44 üzvü də nəzarət altındadır.
Xatırladırıq ki, fevralın 14-də “Ceyş-ə-Məhəmməd” qruplaşmasının Cammu və Kəşmir ştatında hərbçilərin yaxınlığında törətdiyi terrorçuluq aktı nəticəsində 45 hərbçi həlak olmuşdu.