"Xalqımız Fəxrəddin Abbassovun qolu qandallı, boynu əyilmiş şəkillərini görməliydi" - DEPUTAT
5-03-2019 13:31
Baxış sayı:
6895

Deputat Qüdrət Həsənquliyev Fəxrəddin Abbasovun Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılmasından danışıb.
O, parlamentdə çıxışında qeyd edib ki, bu günlərdə vətən xaini Fəxrəddin Abbasov təhlükəsizlik orqanları tərəfindən hava limanında saxlanılıb: “Ancaq yaxşı olardı ki, xalqımız onu qolu qandallı, boynu əyilmiş vəziyyətdə həbsxanaya aparılımasını da görsün. Bu şəkillər isə yoxdur. Əminəm ki, o, Azərbaycan xalqına qarşı etmiş xəyanətinin layiqli cəzasını alacaq”.