Müxalif döyüşçülərdən Əsəd rejiminə intiqam basqını

Baxış sayı:
6361

Əsəd rejiminin əleyhdarı olan müxalif döyüşçülərin Suriyanın Xama vilayətinin şimalındakı Masasna kəndində təşkil etdiyi hücumda ən az 40 Əsəd əsgərinin öldüyü bildirilib.
 
Bu haqda Suriya İnsan Haqları Təşkilatı məlumat verib. Məlumata görə, müxalif döyüşçülərin dünən Masasna kəndinə sübh vaxtı həyata keçirdiyi hücumlarda Əsəd rejiminə məxsus 40 əsgərin ölüb, çox sayda əsgər də yaralanıb.
İngiltərə mərkəzli monitorinq qrupunun sədri Rami Abdel Rəhman “AFP” xəbər agentliyinə verdiyi açıqlamada, hücumda 5 müxalif döyüşçünün də şəhid olduğunu açıqlayıb. Abdel Rəhman Soçidə Putin-Ərdoğan anlaşmasından bu yana rejim sıralarındakı ən yüksək ölüm rəqəmlərindən biri olduğunu deyib.
Hücumu təsdiq edən Suriyadakı “Ensar Əl Tövhid” qrupu da Masasna kəndində rejim qüvvələrinin mövqelərinə təşkil etdikləri hücumda 40 rejim əsgərini öldürdüklərini açıqlayıb.
Hücumların son zamanlar meydana gələn rejim bombardmanının artması zamanı mülki itkilərin intiqamını almaq üçün baş verdiyi bildirilib.
Müxalifət.az