İran Suriyadan nə vaxt çıxacaq? - Şamxani açıqladı
3-03-2019 22:55
Baxış sayı:
1546

Bu gün tərəzinin gözü göstərir ki, regionda sabitliyin pozulmasını istəyən qüvvələr məğlubiyyətdən başqa bir şey qazanmayıblar.
Muxalifet.az xəbər verir ki, bunu İran Ali Təhlükəsizlik Şurasının katibi Əli Şamxani deyib.
"İran qüvvələri Suriya hökumətinin və millətinin dəvəti ilə sabitliyi qorumaq üçün bu ölkəyə gedib. Aydın məsələdir ki, biz Suriya hökuməti istəyənə qədər bu ölkədə qalacağıq. Netanyahunun bəyanatlarının və faydasız səfərlərinin bu məsələyə hər hansı bir təsiri olmayacaq", - Şamxani bildirib.