Hollandiyada məscidə hücum: peyğəmbər təhqir edildi
3-03-2019 19:00
Baxış sayı:
1579

Hollandiyada PEGİDA hərəkatının üzvləri Haaqa şəhərindəki məscidə hücum edib.
Muxalifet.az xəbər verir ki, hərəkat üzvləri As Soennah məscidinin girişinə Məhəmməd peyğəmbərə qarşı təhqir dolu ifadələr yazılmış plakat və maketlər yerləşdirib.
Hücum məscidə toplaşan çoxlu sayda müsəlmanı qəzəbləndirib. Məscid rəhbərliyinin sözlərinə görə, bir çox ərazilərdən müsəlmanlar baş verənlərdən məyusluğunu ifadə edir və bu vəziyyətdə nə etməli olduqlarını soruşur.