Cəlilabadda zəhərlənənlərin hamısı evə buraxıldı - Yeniləndi
1-03-2019 19:11
Baxış sayı:
8248

Cəlilabad rayonunda marketdə zəhərlənənlərin hamısı evə buraxılıb.
Bu barədə report -a Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından verilib.
Qeyd edək ki, zəhərlənmə hadisəsi şəhərdə yerləşən "Green Store" adlı marketdə baş verib. Zəhərlənənlərin hamısı marketin işçiləri olub. Məlumata görə, marketin döşəməsi təmizlənərkən kimyəvi məhluldan istifadə edilib. Məhz bu kimyəvi məhlulda işçilərin zəhərlənməsinə səbəb olub. Zəhərlənən şəxslər dərhal xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.