Hindistandan Türkiyə açıqlaması: Minnətdarıq!

Hindistanın Ankaradakı səfiri Bhattacharyya, "Pakistanda terrorun məhv edilməsi məsələsində Türkiyənin müsbət bir rol oynamağa davam edəcəyindən əminik" deyib.
İki ölkə arasında yaşanan problemə düzgün prizmadan yanaşılması lazım olduğunu söyləyən Bhattacharyya, on illər ərzində Hindistanın Pakistandan gələn transmilli terror hadisələrindən əziyyət çəkdiyinə diqqəti çəkib.
Bhattacharyya Hindistanın terrora qarşı mübarizə etdiyini vurğulayaraq, "Pakistan əsgərinə, ya da vətəndaşlara hücum etməmişik. Pakistanla keçmişdə döyüşdük, ancaq hazırda Pakistan ilə müharibə vəziyyətində deyilik" deyə bildirib.
Hindistanın "sülh ölkəsi" kimi tanındığını, Buda və Gandhiyi doğuran ərazilərdən gəldiklərini dilə gətirən Bhattacharyya, Pakistan ilə yaşanan gərginliyin nüvə müharibəsinə çevrilməsi ehtimalına dair, "Dünyanın Hindistanın hər hansı bir qarışıqlığa yer verməsi məsələsində narahat olmasına ehtiyac olmadığını düşünürəm" deyə söyləyib.
Bhattacharyya Türkiyənin həm Pakistan, həm də Hindistan ilə dostcasına münasibətlərə malik olduğunu bildirərək, "Özü də transmilli terrordan əziyyət çəkən Türkiyə, Hindistan xalqının hiss etdiyi ağrıları anlayır. Türkiyənin Pakistanı sərhəddən kənar terroru dayandırması barədə xəbərdar etməsini gözləyirik" deyə bildirib.
Türkiyə ilə terrorla mübarizə məsələsində eyni düşüncəni paylaşdıqlarını qeyd edən Bhattacharyya, "Türkiyəyə 14 fevraldakı mənfur terror hücumundan sonra bizə göstərdiyi dəstəyə görə, çox minnətdarıq. Pakistanda terrorun məhv edilməsi məsələsində Türkiyənin müsbət bir rol oynamağa davam edəcəyindən əminik" deyib.
Müxalifət.az