ABŞ-dan F-35 həmləsi - “DÖYÜŞƏ HAZIRIQ!”

ABŞ Donanması F-35 hərbi təyyarəsinin C versiyasının döyüşə hazır olduğunu bildirib.
ABŞ Donanmasının dünən verdiyi açıqlamada iyirmi ildən artıq müddət ərzində davam edən test və təkmilləşdirmə mərhələlərdindən sonra F-35C qırıcılarının son tapşırıq testlərindən müvəffəqiyyətlə keçərək artıq döyüşə hazır vəziyyətə gəldiyi bildirilir.
Hava Qüvvələrinin donanma komandiri admiral Devulf Miller deyib: “F-35C əməliyyatlara, döyüşə və qələbə çalmağa hazırdır”.
F-35 hücum təyyarəsi birpilotlu və birmotorludur, beşinci nəsildir, havaya-yerə hücum, kəşfiyyat, taktiki müdafiə kimi çoxməqsədli vəzifələri var.
Malik olduğu DAS sistemi sayəsində 360 dərəcə görmə bucağına malik F-35 xüsusi həndəsi forması və örtüyü sayəsində düşmən radarı tərəfindən çətinliklə görünür.