ABŞ-dan Səudiyyəyə nüvə texnologiyası transferinə “Qaşıqçı” şərti

ABŞ Senatı və Nümayəndələr Palatasına ABŞ tərəfindən Səudiyyə Ərəbistanına nüvə texnologiya transferi etmək üçün Camal Qaşıqçı qətlinin aydınlanması şərtini qoyan layihə təqdim olunub.
Senatda Demokrat denator Edvard Markey ilə Respublikaçı Marko Rubio Nümayəndələr Məclisindən isə Demokrat Bred Şerman ilə Respublikaçı Ted Yoho tərəfindən təqdim olunan layihədə, ABŞ ilə Səudiyyə Ərəbistanı arasındakı bir nüvə transfer müqaviləsinin yalnız Amerika Konqresinin iki qanadının birgə razılığı ilə qüvvəyə minəcəyi bildirilib.
Xəbərə görə, layihədə, Ər-Riyadın Qaşıqçı cinayəti mövzusunda şəffaf olması, öz ərazisində uranın zənginləşdirməyəcəyi ilə bağlı öhdəlik götürməsii və Beynəlxalq Atom Enerjisi Agentliyinin protokollarına riayət etməsi, bu ölkəyə nüvə texnologiya transferi etmə şərtləri arasında sayılıb.
ABŞ rəhbərliyinin Camal Qaşıqçı cinayətilə bağlı Səudiyyə Ərəbistanının nə dərəcədə şəffaf olduğu və Qaşıqçı cinayətinin məsuliyyətinə hesab verib vermədiyi barədə Konqresə hesabat təqdim etmədən Ər-Riyadla nüvə texnologiya transferi məsələsində bir müqavilə bağlanmayacağı ifadə edilib. Layihədə, rəhbərliyin Səudiyyə Ərəbistanının Çinlə apardığı raket proqramı mövzusunda məruzə təqdim etməsini də bu ölkəyə nüvə texnologiya transferi etmək üçün şərt qoyub.
Müxalifət.az