Tramp və Kim Vyetnamda görüşdülər: İlk açıqlamalar..

Baxış sayı:
5902

ABŞ prezidenti Donald Tramp və Şimali Koreyanın lideri Kim Yong bu gün Vyetnamın paytaxtı Hanoyda bir araya gəlib.
 
Tramp və Kim təkbətək görüşü öncəsi iki ölkə bayraqlarının qarşısında əl görüşüblər.
İki lider arasında səkkiz ay sonra ikinci görüş baş verir. İlk görüş ötən il iyun ayında Sinqapurda baş vermişdi. Sinqapurdakı zirvə ilk olduğu üçün tarixi əhəmiyyət daşıyırdı.
Son dəqiqə olaraq iki lider canlı yayımda açııqlama verib.
Şimali Koreya rəhbərindən ilk açıqlama:
“Şimali Koreya lideri Kim burada etdiyi çıxışında, "Keçən 261 günlük müddət həqiqətən çox böyük səylərə səhnə oldu və eyni şəkildə səbrlə də bu zaman müddəti ərzində səy göstərildi" deyib.
Kim sözügedən görüşə dair, "Uğurlu bir görüş olmasını ümid edirik" deyib.
Trampdan ilk açıqlama:
“Kim-lə burada olmağım böyük şərəfdir. Sizinlə birlikdə olmaq, doğrudan möcüzədir. Belə bir ölkədə olmaq, bir araya gəlmək çox gözəldir. İlk görüşümüz uğurlu oldu. Bütün dünyanın gözü üstümüzdədir. Hər iki tərəfin məmnun olduğunu deyə bilərik. Bu zirvənin ilkindən daha uğurlu olacağını ümid edirəm. Atdığımız addımlar həqiqətən uğurludur. Ölkənizin böyük iqtisadi potensialı var. Böyük bir lider olduğunuzu hesab edirəm. İndi axşam yeməyi yeyəcəyik. Sabah ətraflı açıqlama edəcəyik".
 Şimali Koreyadan zirehli qatarla hərəkət edən Kim, təxminən 60 saat davam edən səfərdən sonra Hanoya çatan ilk o olmuşdu. Hanoy küçələrində zirehli limuzinlə gəzən Kim, yerləşdirəcəyi Melia Otelinin qarşısında çox sayda jurnalist, polis və əsgər gözləyərkən, yüzlərlə adam Şimali Koreya liderini görmək məqsədilə yol kənarında qurulan barrikadaların arxasında toplaşıb. Mətbuatda, "Kim otelə gələndə rok ulduzu kimi qarşılandı" deyə qeyd edilib.
 Tramp isə dünən gecə gec saatlarda Hanoya çatıb. ABŞ prezidenti Tramp paytaxt Hanoyda rəsmi mərasimlə qarşılanıb. Hava limanındakı qarşılamadan sonra böyük bir konvoy altında yola çıxan Tramp, Vyetnamlılar tərəfindən ruh yüksəkliyi ilə qarşılanıb. Tramp Twitter hesabından apardığı bölgüdə qarşılama üçün gələnlərə təşəkkür edib.
Müxalifət.az