Yaralı Hind pilotların görüntüsü yayımlandı!

Baxış sayı:
5656

 Pakistan Silahlı Qüvvələrinin sözçüsü general mayor Asıf Qafur “Pakistanın hər şeyi edəcək gücə malik olduğunu, ancaq Hindistan ilə təzyiqin yüksəlməsini və müharibəyə doğru getmək istəmədiklərini" bildirərək iki Hind pilotunun əllərində olduğunu deyib.
 
Pakistan-Hindistan arasında gərginliyə dair bu gün mətbuat konfransı keçirən Qafur, səhər saatlarında Pakistan döyüş təyyarələrinin iki Hindistan döyüş təyyarəsini Pakistan hava məkanında vurduğunu bildirərək "Pakistanın vurduğu Hindistan təyyarələrindən biri Pakistan nəzarətindəki Kəşmirə, digəri də Hindistanın nəzarətindəki Kəşmirə düşdü. İki pilotu yaxaladıq. Biri yaralıydı və hərbi hospitala köçürdük, digərini də nəzarətdə saxlayırıq" deyib.

Müxalifət.az