Pakistan baş nazirindən Hindistana çağırış

Baxış sayı:
5392

Pakistanın baş naziri İmran Xan Hindistan rəhbərliyi və baş naziri Narendra Modiyə müraciət edərək bunları söyləyib:
“Bundan sonra nə edəcəyimiz əsl problemdir. Hind rəhbərliyinin ağıllı davranması çox əhəmiyyətlidir. Hind rəhbərliyinə soruşuram: Sizin və bizim əlimizdəki silahları nəzərə aldıqda, səhv hesablamaların altından qalxa bilməyəcəyimiz vəziyyətə düşə bilərik. Gərginlik artmağa davam etsə, nə olacaq? Artıq ondan sonrası baş nazir Modi və mənim əlimdə olmayacaq. Sizi bir daha dialoqa dəvət edirəm. Ağıl hakim olmalıdır. Problemlərimizi dialoq yolu ilə həll etməliyik".
Müxalifət.az