Netanyahudan İran XİN rəhbərinin istefasına göndərmə
26-02-2019 15:14
Baxış sayı:
7306

İsrailin baş naziri Binyamin Netanyahu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin istefasını məmnuniyyətlə qarşılayaraq, " Zərif getdi, getdiyi yerə qədər" deyə bildirib.
Netanyahunun bu fikri İsrail baş azirinin Mətbuat Ofisindən edilən yazılı açıqlamada qeyd edilib.
Netanyahu açıqlamada, Zərifin istefasına sanki özünün səbəb olduğu görüntüsü yaratmaq niyyətilə, "Mən burada olduqca İran nüvə silahı əldə edə bilməyəcək” deyib.
Qeyd edək ki, İsrail illərdən bəri İranla bağlanan nüvə müqaviləsinə qarşı kampaniya aparır.
Müxalifət.az