Peskovun qızı Avropanı qarışdırdı! Şok həqiqət ortaya çıxdı

Baxış sayı:
8326

 Kremlin sözçüsü Dmitriy Peskovun qızı Elizaveta Peskovanın Avropa Parlamentində (AP) bir Fransız deputatın yanında "stajçı tərcüməçi" kimi çalışdığı və Aİ sənədlərinə giriş imkanlarının olduğu səbəbilə Avropa Parlamentində böhran çıxıb.
 
Fransız millət vəkili adına çalışdığı üçün Peskovanın Aİ sənədlərinə əldə etmək hüququ var. Rusiya ilə Aİ arasında gərginləşən münasibətlər səbəbilə bu hadisənin ifşa olması AB parlamentində böhrana səbəb olub. Başqa ölkələrin deputatları Fransız deputat bir Rus şəxsin bütün sənədləri əldə etmək hüququnun verilməsinin "məsuliyyətsiz" olduğunu deyərək sərt təpki göstərib.
Qeyd edək ki, Fransız deputat Aymeric Chauprade daha əvvəl Fransada ifrat sağın liderlərindən Marina Le Pen üçün çalışırdı.
Bu hadisə Avropada Rusiya qorxusunu daha da artırıb. Xüsusilə Rusların ifrat sağ və separatçı hərəkatları dəstəkləməsi birlik daxilində narahatlıqlara səbəb olur. Ən son Peskovun qızının bir AP-dakı milət vəkilinin yanında "stajçı" kimi çalışması, "Yoxsa Rusiya Avropaya sızır? Ruslar Avropada casusluq fəaliyyətləri aparır" suallarını gündəmə gətirib.
Müxalifət.az