Ərdoğandan sonra Rusiya da BMT-də “İslahat” çağırışı etdi

Baxış sayı:
7081

Rusiyanın xarici işlər naziri Sergey Lavrov beynəlxalq konfransda etdiyi çıxışında, dünyanın inkişaf etməkdə olan bölgələrinin BMT Təhlükəsizlik Şurasında kifayət qədər təmsil edilmədiyini söyləyib.
 
 BMT TŞ-nın Asiya, Afrika və Latın Amerikadakı inkişaf edən ölkələri yetərli təmsil etmədiyini vurğulayan Lavrov, Şurada keçiriləcək bir islahat məsələsində gec qalındığını ifadə edib.
 
Lavrovdan BMT TŞ çıxışı
 
 Lavrov "BMT TŞ-nın üçdə birinə yaxını Avropa Birliyi (Aİ) ölkələri tərəfindən təmsil olunur. Tarixi Qərb ölkələrinin bu struktura daxil edilməsinin orada görmək istədiyimiz çeşidliliyə təsir edəcəyini düşünmürəm" deyə söyləyib.
BMT-nin sülh və təhlükəsizliyin əsas orqanı olan Təhlükəsizlik Şurasında 5-i daimi olmaqla, 15 üzvü var. Daimi üzvlər ABŞ, Rusiya, Çin, Fransa və İngiltərə qərar layihələrini təkbaşına veto etmə səlahiyyətinə məxsusdur.
Qeyd edək ki, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, "Dünya beşdən böyükdür" şüarını istifadə edərək BMT TŞ-nın strukturunda dəyişiklik aparılması lazım olduğunu BMT-də etdiyi çıxışında və dəfələrlə müxtəlif platformalarda dilə gətirib.
Müxalifət.az