​“Xocalıda qətlə yetirilən insanların qanı yerdə qalmamalıdır” - Türkiyə səfiri

Baxış sayı:
6235

"Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" 
Muxalifet.az xəbər verir ki, bunu Xocalı faciəsinin ildönümü ilə əlaqədar anım mərasiminə qatılan Türkiyənin Bakıdakı səfiri Erkan Özoral jurnalistlərə açıqlamasında deyib.
"Xocalıda qətlə yetirilən insanların qanı yerdə qalmamalıdır. Türkiyə hər zaman Azərbaycanın yanında dayanmalıdır ki, bir daha belə faciə yaşanmasın, kimlərsə buna cəsarət etməsin. Türkiyənin əksər şəhərlərində Xocalı ilə bağlı anım tədbirləri keçirilir. Azərbycanın işğal altında olan torpaqları azad edilməyincə, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmayınca, biz də rahat olmayacayıq", - deyə səfir vurğulayıb.