Gömrük Komitəsinin inspektoru daha rep deməyəcək
26-02-2019 10:50
Baxış sayı:
6181

"Jay Hun" ləqəbli repçi sənət fəaliyyətinə son qoyub.
Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə o, İnstaqram səhifəsində məlumat verib. Ceyhun Bayramlı ifaçılıq peşəsi ilə vidalaşdığını qeyd edib:
"Bu günədək sənətimə və mənə hörmət etdiz, sevdiz. Hər birinizə təşəkkürlər. Hər şey qarşılıqlıdır. Amma bu gündən etibarən sənət fəaliyyətimə son qoyuram. Sizi və sənəti çox sevdim. Məni pis biri olaraq xatırlamayın".
Qeyd edək ki, reper Dövlət Gömrük Komitəsində inspektordur, rütbəsi leytenantdır.