Venesuelaya qarşı hərbi müdaxilənin əleyhinə çıxdı

Baxış sayı:
5833

 Braziliyanın dövlət başçısının müavini Hamilton Mourao ölkəsi üzərindən Venesuelaya qarşı hərbi müdaxilənin söz mövzusu olmadığını açıqlayıb.
 
Braziliyada yayımlanan “Globo News” televiziya kanalına açıqlama verən Mourao, ölkəsinin Venesueladakı böhranın regionda silahlı münaqişəyə çevrilməməsi üçün çalışdığını deyib.
Mourao Braziliyanın dövlət başçısı Jair Bolsonaro hökumətinin Venesuelaya qarşı hərbi müdaxilənin Braziliya torpaqları üzərindən aparılmasına qarşı olduğunu bildirərək, "Hər şeydən əvvəl ölkədə xarici hərbi güclərin olması üçün Milli Konqresin icazəsinin lazım olduğunu xatırlamanız lazımdır və hökumət bunu sadə bir şəkildə etməz" deyib.
Mourao açıqlamasında, "Braziliya ABŞ tərəfindən Venesuelaya qarşı keçiriləcək hər hansı bir hərbi müdaxiləyə qarşıdır" deyib.
Müxalifət.az