İşğal toplantısından “Venesuela” qərarı

Baxış sayı:
5548

Venesueladakı böhranın müzakirə edildiyi Lima Qrupu toplantısında, hərbi müdaxilədən qaçılması çağırışı edilib.
 
Argentina, Braziliya, Kanada, Çili, Kolumbiya, Qvatemala, Honduras, Panama, Paraqvay və Perunun xarici işlər nazirləri ilə yanaşı, ABŞ-ın vitse-prezidenti Mayk Pens və Venesuelada özünü müvəqqəti prezident elan edən Xuan Guaidonun iştirak etdiyi 11-ci Lima Qrupu xarici işlər nazirlərinin iclası Kolumbiyanın paytaxtı Bogotada keçirilib.
Kolumbiyanın xarici işlər naziri Karlos Holmes Trujillo və Perunun xarici işlər nazirinin müavini Hüqo de la Zela Martinez toplantıdan sonra oxuduqları 18 maddəlik bəyanatda, Venesuela prezidenti Nikolas Maduro hökuməti "xalqa tətbiq olunan təzyiq" ilə "ərzaq, dərman və əsas ehtiyaclardan məhrum qoyma" aktları pislənmişdir.
Bəyanatda, Beynəlxalq Cəza Məhkəməsinə Venesueladakı "ağır vəziyyəti", "Nikolas Maduro hökumətinin dinc əhaliyə qarşı həyata keçirdiyi zorakılığı" və bəşəriyyətə qarşı törədilən cinayət çərçivəsində müzakirə olunan "beynəlxalq yardımın çatdırılmasına icazə verməməyi" nəzərə alması üçün müraciət ediləcəyi açıqlanıb.
Müxalifət.az